Milli Məclisdə görüş
Noyabrın 18-də Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Samir Vəliyev ölkəmizdə səfərdə olan Portuqaliya parlament nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları salamlayan Samir Vəliyev COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündən sonra onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI