Milli Məclisdə görüş
İyulun 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünün bir qrup iştirakçısı ilə görüşüblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov onlara spiker Sahibə Qafarovanın salamlarını çatdırıb. Komitə sədri qonaqların Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirində iştirakından məmnunluğunu bildirib. O, Azərbaycanın dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işlərdən danışıb, bu təşkilat çərçivəsində keçirilən görüşlərin və qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib.
Səməd Seyidov qonaqlara Milli Məclisin strukturu, say tərkibi, beynəlxalq təşkilatlarda fəaliyyəti, Azərbaycan parlamentinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyi barədə məlumat verib.
Söhbət zamanı Fransanın neokolonializm siyasəti, Yeni Kaledoniya xalqının Fransa ilə müstəqillik uğrunda apardığı mübarizə, dünyada ədalət prinsipinin qorunması və digər mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Asim Mollazadə, Sevil Mikayılova, Cavanşir Feyziyev, Fransız Polineziyası Assambleyasının Prezidenti Antoni Geros, Fransa parlamentinin deputatı Jan Viktor Castor, nümayəndə heyətinin üzvləri Luk Frensis Karol, Klaudet Duhamel və digər şəxslər iştirak ediblər.
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI