Milli Məclisdə görüş
İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının nümayəndələri ilə görüşüblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli qonaqları salamlayaraq, yeni yaradılmış bu assosiasiyanın işinə uğurlar arzulayıb. O, bildirib ki, bu qurum mühüm əhəmiyyətli işlərlə məşğuldur və əminik ki, qarşısına qoyulmuş məqsədlərə nail olacaqdır.
Görüşə görə təşəkkürünü bildirən Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının sədri Şaiq Qəribzadə rəhbərlik etdiyi qurumda dünyanın bir sıra böyük poçt şirkətlərinin Azərbaycan nümayəndəliyinin təmsil olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, assosiasiyanın əsas məqsədi bu quruma üzv olan poçt təşkilatlarının maraqlarının qorunması, dövlət strukturları ilə sahibkarlar arasında körpü rolu oynamaqdır.
Söhbət zamanı poçt qanunvericiliyinin təkmilləşdirilməsində ictimai iştirakçılıq, beynəlxalq poçt daşımaları sahəsində mövcud problemlər, bu sahədə yeni çağırışlar və digər mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri, deputatlar Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Assosiasiyanın İdarə Heyətinin üzvləri Rəşad Abbasov, Şaiq Mansurov, Nazim Xudaverdiyev və digər şəxslər iştirak ediblər.
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI