Milli Məclisdə Fransa müstəmləkələrindən olan bir qrup media nümayəndələri ilə görüş keçirilib

Fevralın 26-da Milli Məclisdə parlamentdə yaradılmış Korsika xalqına dəstək qrupunda təmsil olunan deputatlar Cavanşir Feyziyev, Tural Gəncəliyev, Şahin İsmayılov və Azər Kərimli ilə ölkəmizdə səfərdə olan Fransa müstəmləkələrindən bir qrup media nümayəndələrinin görüşü olub.

Bu barədə ” turaninsesi.az”-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Deputat Cavanşir Feyziyev qonaqları səmimi salamlayaraq, onları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib. O, təəssüf hissi ilə Fransa kimi ölkələrin bu gün də öz müstəmləkəçilik siyasətini davam etdirdiyini, yerli xalqları əsarətdə saxladığını, müstəmləkə ərazilərini istismar etdiyini, oradakı milli azlıqların hüquqlarının pozulduğunu bildirib. Millət vəkili Azərbaycanın hazırda Fransanın kolonialist siyasətindən əziyyət çəkən xalqları onların müstəmləkəçiliyə qarşı mübarizəsində dəstəklədiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin bütün beynəlxalq platformalarda neokolonializm məsələsini gündəmə gətirdiyini vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI