Milli Məclisdə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirə keçirilib

Mayın 2-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirəsi keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İctimai müzakirədə Milli Məclisin deputatları, ölkənin beyin mərkəzlərinin nümayəndələri, media və vətəndaş cəmiyyətinin təmsilçiləri, kibertəhlükəsizlik sahəsində mütəxəssislər, ekspertlər və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müvəqqəti komissiyanın sədri Ramid Namazov bildirib ki, cari il fevralın 20-də ölkə ərazisində fəaliyyət göstərən bir sıra aparıcı media resurslarına qarşı kiberhücumlar həyata keçirilib. Budəfəki hücumlar əvvəlkilərdən miqyası və istifadə edilən vasitələr baxımından fərqlənib. Bu hücumlar nəticəsində Azərbaycanda fəaliyyət göstərən ondan çox aparıcı media resursuna qarşı koordinasiyalı və siyasi motivli kiberhücumlar həyata keçirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI