Milli Məclisdə Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatının hazırlanması üçün komissiya yaradılıb

0

Milli Məclisdə Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatının hazırlanması üçün komissiya yaradılıb.

Turanın səsi ” xəbər verir ki , komissiyanın sədri deputat Nizami Səfərov təyin edilib.

Komissiyanın üzvləri isə deputatlar Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev və Razi Nurullayevdir.

11:10

Hazırda Milli Məclisin iclasında Avropa Parlamentinin ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə cavab olaraq bəyanat müzakirə olunur.

Turanın səsi ” xəbər verir ki, məsələ qanunverici orqanın bu gün keçirilən toplantısının gündəliyinə daxil edilib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Fransa və digər ölkələr, təşkilatlar Azərbaycanın uğurlarını həzm etməyən qüvvələrin bütün cəhdləri əbəsdir: “Haqq və ədalət hər zaman Azəərbaycanın tərəfindədir. Azərbaycan güclü dövlətdir” .

Sədr xatırladıb ki, Avropa Parlamentində Azərbaycana qarşı böhtanlar üzərində qurulan qərəzli qətnamə qəbul edilib: “Belə qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər”.

Sahibə Qafarova vurğulayıb ki, işğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib: “Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üçün dövlətimizin həyata keçirdiyi tədbirlərin görməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkmədiyini göstərir. Azərbaycanı etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir. Sözügedən sənəd əsasən fransalı deputatların təşəbbüsü ilə hazırlanaraq müzakirəyə çxıarılmışdı. Bu da təsadüfü deyil. Çünki Fransa bütün dəyərləri bir kənara qoyaraq təcavüzkar Ermənistanın yanında yer alır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir