Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunub
Noyabrın 21-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasın gündəliyinə 5 məsələ – “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, habelə “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda daxil edilib.
Əvvəlcə, iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrini təqdim edib.
Komitə sədri dövlət siyasətinin mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində ölkədə aparılan islahatların vətəndaşlarımızın sosial rifah halının qorunmasına və yüksəldilməsinə təminatlar yaratdığını söyləyib. Qeyd edib ki, müzakirəyə təqdim olunan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən bu ali niyyəti rəhbər tutaraq tərtib edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI