Milli Məclis üzvləri Türkiyə səfirliyində TBMM-in deputatları ilə görüşüblər
Azərbaycanın Milli Məclisinin deputatları ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri ilə görüşüblər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.
“Qardaş Azərbaycanda olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və deputatlarımız Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Yaşar Karadağ, Uğur Bayraktutan və Azərbaycanın Milli Məclisindəki deputat dostlarımızı səfirliyimizdə qonaq etdik”, – səfir sosial şəbəkə hesabında qeyd edib.
Qeyd edək ki, ötən gün həmçinin Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib.
Daha əvvəl həmçinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
⤵️
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09