Milli Məclis tərəfindən xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq komitələrinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Məktublarda Azərbaycanın hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edən əsassız qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunaraq, həmin şəxslərin Ermənistanın 30 il davam etmiş hərbi təcavüzü çərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, etnik təmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digər ağır cinayətlər törətməkdə ittiham olunduqları diqqətə çatdırılır.
Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq, qeyd edilir ki, hərbi cinayətkarları “hərbi əsir” adlandırmaq və onların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətini bilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI