Milli Məclis komitələrinin birgə iclasında
Aprelin 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın gündəliyinə 6 məsələnin daxil edildiyini bildirib. O, gündəliyin birinci məsələsinin – Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) komitələr tərəfindən birgə müzakirə olunacağını söyləyib, sənəddə təklif olunan dəyişikliklərin vacibliyindən danışıb. Qeyd edib ki, qanun layihəsi süni intellekt texnologiyalarından sui-istifadə hallarının qarşısının alınmasına, şəxslərin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin qorunmasına xidmət edir.

Arzu Paşaqızı