Milli Məclis komitələrinin birgə iclası başlayıb

0

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası başlayıb.

Turanın səsi”  xəbər verir ki, gündəlikdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi yer alıb.

Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, maliyyə naziri Samir Şərifov, Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, dövlət rəsmiləri və deputatlar iştirak edirlər.

İclasa Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli moderatorluq edir.

Müzakirələrdə deputatlar çıxış edərək dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndirəcəklər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir