Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini II oxunuşda qəbul edib – YENİLƏNİB

0

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.

Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.

Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Turanın səsi”  xəbər verir ki, büdcə zərfinə “2023-cü ilin dövlət büdcəsi haqqında”, ” 2023-cü il üçün yaşayış minimumu haqqında”, “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edirlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir