MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasında

0

Aprelin 18-də MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov, komissiyanın üzvü Anatoliy Rafailov iştirak ediblər.
Milli Məclisin deputatı Nizami Səfərovun sədrlik etdiyi onlayn iclasda parlamentarilər VIII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunun yekunları, Pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsinə dair tövsiyələrin layihəsi və gündəliyin digər məsələləri ətrafında müzakirələr aparıblar, həmçinin MDB ölkələrində model qanun yaradıcılığının 2023-2025-ci illər üzrə perspektiv planına təklifləri nəzərdən keçiriblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir