MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında

Martın 11-də Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə Milli Məclisin MDB PA-da  nümayəndə heyətinin üzvləri – MDB PA-nın Nəzarət-büdcə komissiyasının  sədr müavini Xanlar Fətiyev və komissiyanın üzvü  Azər Badamov iştirak ediblər.

İclasda 2024-cü il üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2025-ci il üzrə qurumun büdcəsinin formalaşması, “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” MDB PA Şurasının qərar layihəsi, MDB PA-nın Nəzarət-büdcə Komissiyasının 2024-cü ildəki fəaliyyətinin yekunları və digər məsələlər müzakirə edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI