MDB PA-nın komissiya iclaslarında

0

Noyabrın 10-da MDB PA-nın Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə və Hüquqi məsələlər üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib.

İclaslarda gündəlikdə olan model qanun layihələri və model qanunlara dəyişikliklər müzakirə olunub, model qanun yaradıcılığı üzrə təkliflər nəzərdən keçirilib. Həmçinin təşkilati məsələlərə baxılıb, daimi komissiyaların sədrləri və sədr müavinləri seçilib, hər üç komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının iclasında gündəliyin təsdiqindən sonra təşkilati məsələyə baxılıb, komissiyanın sədri və sədr müavini seçilib. Milli Məclisin deputatı Nizami Səfərov yenidən MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri seçilib.

Milli Məclisin deputatı Nizami Səfərovun sədrlik etdiyi onlayn iclasda “Rəqəmsal səhiyyə haqqında”, “Tibb işçilərinin peşə məsuliyyətinin sığortası haqqında”, “Vətəndaşların sağlamlığının tütün tüstüsünün zərərli təsirlərindən qorunması haqqında” model qanun layihələrinə baxılıb.

Komissiya üzvləri MDB-yə üzv dövlətlərdə teletibb texnologiyalarından istifadə etməklə tibbi yardımın təşkili və həyata keçirilməsi sahəsində hüquqi tənzimləmə və proqram-texniki imkanların müqayisəli təhlilinin nəticələrinə dair müzakirələr aparıblar, MDB Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətləri Platformasının yaradılması ilə bağlı təkliflərlə tanış olublar, həmçinin MDB ölkələrində model qanun yaradıcılığının 2023-2025-ci illər üzrə perspektiv planına təklifləri nəzərdən keçiriblər.

***

Sonra  MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının onlayn iclası olub. Tədbirdə MDB PA-da Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin üzvü – MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının sədr müavini Rüfət Quliyev iştirak edib. 

İclasda   “Dövlət satınalmaları haqqında”, “Texnologiyaların transferi və MDB üzv dövlətlərində onun dəstəklənməsi və tənzimlənməsi tədbirləri haqqında”, “Rəqəmsal məkan və MDB üzv dövlətlərində onun infrastrukturu və tənzimlənməsi haqqında” model qanun layihələri müzakirə olunub,  Müstəqil Dövlətlər Birliyində 2023-2025-ci illər üçün perspektiv model qanunvericilik planına dair təkliflərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

***

    Hüquqi məsələlər üzrə daimi komissiyanın iclasında isə “Maliyyə sövdələşmələri haqqında”, “Fondlar haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” model qanun layihələri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 

İclasda təşkilati məsələlərə də baxılıb və Milli Məclisin deputatı Əminə Ağazadə yenidən MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib.

Bununla da MDB PA-nın komissiya iclasları öz işlərini başa çatdırıblar.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir