MDB PA-nın komissiya iclasında

Oktyabrın 22-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü – deputat Bəxtiyar Əliyev iştirak edib.
Onlayn iclasda MDB-nin iştirakçısı olan dövlətlər üçün “Elmi və elmi-texniki fəaliyyət haqqında”, “Elmi, elmi-texniki və innovativ fəaliyyətin dəstəklənməsi üçün fondlar haqqında”, “Süni intellekt texnologiyaları haqqında”, həmçinin “MDB üzvü olan dövlətlər üçün Ekoloji Təhsilin Model Konsepsiyasının layihəsi haqqında” və digər model qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir