Malayziyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sərgi keçiriləcək
Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov mayın 5-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Deputatımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərginin açılışında iştirak edəcək.
Səfər mayın 11-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI