Mədəniyyət mərkəzlərinin tədbirində

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu iyunun 26-27-də Vyana Mədəniyyət Mərkəzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin tədbirində iştirak edəcək.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirin məqsədi mədəniyyət mərkəzlərinin hesabatlılığının təmin edilməsi, fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsidir.
Səfər iyunun 28-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI