Mədəniyyət komitəsinin iclasında

Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Polad Bülbüloğlu komitə üzvlərinə qarşıdakı sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Komitə sədri əvvəlcə Mədəniyyət komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı müzakirəyə çıxarıb. Ötən dövrdə komitədə görülən işlər barədə məlumat verən Polad Bülbüloğlu qeyd edib ki, komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib. Bundan başqa komitə sədri, komitə sədrinin müavini və komitə üzvləri vətəndaş qəbulları, seçicilərlə görüşlər keçiriblər, onların qaldırdıqları məsələlərin həlli istiqamətində tədbirlər görüblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI