Kvadrisiklların dövlət qeydiyyatına alınmasının tələb edilməsi barədə layihə qəbul edilib
Sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsi tələb olunmasına dair layihə sonuncu – III oxunuşda qəbul edilib.
“Turanın səsi” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında sonuncu oxunuşda müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.
Bununla da trisikl və kvadrisiklər dövlət qeydiyyatına alınacaq və idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09