Keçən il azad edilən ərazilərdə yolların çəkilişinə və minatəmizləmə işlərinə xərclənən vəsait məlum olub
Keçən il azad edilən ərazilərdə yolların çəkilişinə və minatəmizləmə işlərinə xərclənən vəsait məlum olub.
“Turanın səsi ” in xəbərinə görə, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən danışıb.
Komitə sədri bildirib ki, ötən il işğaldan azad olunmuş ərazilərin bərpasına 4.3 mlrd. manat vəsait ayrılıb. Həmin vəsaitin 3,6 mlrd. yolların çəkilməsinə, 100 mln. manatı isə minatəmizləmə işlərinə sərf edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI