İtaliyalı deputatlar Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 29-da Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Fəxri xiyabanda nümayəndə heyəti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.
Səfər çərçivəsində İtaliyalı parlamentarilər Bakıda Zəfər parkına gələrək abidə önünə gül dəstələri düzüblər, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıblar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI