İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament SədrlərininÜçüncü Üçtərəfli Görüşünün açılış mərasimi keçirilib

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi keçirilib.
Mərasimdə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq görüşü açaraq, Azərbaycan və Türkiyə parlament sədrlərini salamlayıb.
O, parlament platformasının ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb. Milli Assambleyanın sədri Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək, taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını vurğulayıb.




Arzu Paşaqızı