İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Aprelin 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat müzakirəyə təqdim edilib.


Komitənin sədri Azər Əmiraslanov “Hesablama Palatası haqqında” Qanunun 7-ci maddəsinə və Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinə əsasən, Hesablama Palatasının öz fəaliyyəti haqqında Milli Məclisə illik hesabatı təqdim etdiyini söyləyib. O, qeyd edib ki, Palatanın hesabatı qanunun tələblərinə uyğun şəkildə hazırlanıb və qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim olunub. Bildirilib ki, Hesablama Palatasının hesabatı ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi öz rəyini Milli Məclisin plenar iclasına təqdim etməlidir.

Arzu Paşaqızı