İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Fevralın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.


İclası açan komitə sədri Azər Əmiraslanov gündəliyə 1 məsələnin – “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsinin daxil edildiyini bildirib. Layihənin komitənin təşəbbüsü ilə hazırlandığını deyən Azər Əmiraslanov Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlardan, bu qanun layihəsini zəruri edən məqamlardan danışıb. Komitə sədri milli təhlükəsizliyin iqtisadi təhlükəsizliklə sıx bağlı olduğunu qeyd edərək, bugünkü qanun layihəsinin də ölkəmizdə iqtisadi təhlükəsizlik sahəsində mühüm tədbirlərin görülməsi üçün hüquqi əsasların yaradılmasına xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanın xarici investisiyaların cəlb olunmasında ciddi uğurlar əldə etdiyini deyən komitə sədri bunun ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi sayəsində mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə, möhtərəm cənab Prezident İlham Əliyevin də dediyi kimi, son iki onillik ərzində ölkəmizə 350 milyardlıq xarici investisiya cəlb edilib ki, bu da kifayət qədər böyük rəqəmdir.

Arzu Paşaqızı