İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yanvarın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.


Komitə sədri iclasın gündəliyində 8 məsələnin, o cümlədən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlərin hesabatının, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinin və bir sıra qanun layihələrinin olduğunu söyləyib.

Arzu Paşaqızı