İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İyunun 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Komitənin sədri Azər Əmiraslanov iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri, əvvəlcə, gündəliyin birinci məsələsi – Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verərək bildirib ki, sənəd Gömrük Məcəlləsinin təkmiləşdirilməsi ilə yanaşı, gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsini və bu sahədə daha çevik və effektiv fəaliyyətin təmin olunmasını nəzərdə tutur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI