İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

0

Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Azər Əmiraslanov gündəlik barədə məlumat verib.
O, bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ Toğrul Nəcəfəli oğlu Əliyevin, Gülər Azər qızı Paşayevanın, Əli İsmayıl oğlu Əhmədovun və Vüsal Cahangir oğlu Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilməsi, ikinci məsələ isə Rəşad Temraz oğlu Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqındadır.
Komitə sədri Mərkəzi Bankın İdarə Heyətinin təşkili prinsiplərindən söz açıb və təqdim olunan namizədlərin qoyulan tələblərə cavab verdiyini deyib. Namizədlərin peşəkarlıqlarından danışan Azər Əmiraslanov Mərkəzi Bankda yüksək vəzifə tutan bu şəxslərin idarə heyətinə daxil edilmələrinin qurumun funksionallığının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir