İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilib
Noyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib. Komitə sədri təklifi ilə gündəlikdəki məsələlərin təqdimatları və müzakirəsi birgə aparılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri birinci oxunuşda dövlət büdcəsi və büdcəyə daxil olan qanun layihələri barədə ətraflı məlumatın verildiyini və sənədlərin müvafiq dövlət orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Milli Məclisdə konstruktiv və işgüzar atmosferdə geniş müzakirələrinin keçirildiyini deyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI