İnsan hüquqları komitəsində Ombudsmanın illik məruzəsi dinlənilib
Fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc bildirib ki, gündəliyə bir məsələ- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi daxil edilib.
Qeyd olunub ki, Ombudsmanın müzakirəyə təqdim olunan məruzəsində bildirilir ki, 2025-ci il ölkəmiz üçün milli və beynəlxalq səviyyədə baş verən mühüm proseslərlə yadda qalıb. Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi, ölkənin beynəlxalq nüfuzunun daha da artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bu təşəbbüsün, həmçinin qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliğinə və təşviqinə xidmət etdiyi diqqətə çatdırılıb.

Arzu Paşaqızı