Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında
Noyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin onlayn formatda birgə iclası keçirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki, gündəliyə 1 məsələ-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.
İclasda mənəvi dəyərlərin qorunması, gənclərin zərərli kontentdən müdafiəsi və internet mühitində məsuliyyət mexanizmlərinin dəqiqləşdirilməsi üçün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yarandığı bildirilib. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.
Arzu Paşaqızı