Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Dekabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini bildirib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri birinci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, təklif olunan dəyişikliklər genişhəcmlidir və sənəd son vaxtlar qanunvericiliyə gətirilmiş məhdudlaşdırıcı normaların Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əks olunmasını ehtiva edir.
Növbəti məsələ – Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, layihə tikinti obyektinin və fərdi yaşayış evinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucuların yerləşdirilməsini tənzimləyir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI