Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Yanvarın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda beş qanun layihəsi müzakirəyə çıxarılıb.


Əvvəlcə, iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Komitənin sədri Əli Hüseynli sənədin əhəmiyyəti barədə fikirlərini açıqlayaraq, layihədə təklif olunan dəyişikliklərin cinayət mühakimə icraatının elektron qaydada aparılması məsələləri ilə bağlı olduğunu və şəffaflığın, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların səmərəliliyinin artırılmasına xidmət etdiyini söyləyib.

Arzu Paşaqızı