Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oktyabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.
İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə 8 məsələ daxil edilib. Məlumat verilib ki, gündəliyin ilk 5 məsələsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəməyə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi və vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatlardan ibarətdir.
Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov Şura tərəfindən son dövrlərdə görülən işlər, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən genişmiqyaslı islahatlar barədə məlumat verib. O, bu il Məhkəmə-Hüquq Şurasında Hakimlərin I Forumunun, Şuranın 20 illik yubileyinə həsr olunmuş tədbirin və digər mühüm görüşlərin keçirildiyini qeyd edib.

Arzu Paşaqızı