Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Əli Hüseynli iclası açaraq, komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb və gündəliyə 7 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib, sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI