Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

0

Oktyabrın 31-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Əli Hüseynli gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Əvvəlcə müzakirəyə “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub. İclasda iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov məsələ barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, layihə qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir