Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

0

Oktyabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə Milli Məclisin bir sıra komitələrinin sədrləri, ictimai birliklərin nümayəndələri, ekspertlər və digər rəsmi şəxslər iştirak edirdilər.
İclasda komitənin sədri Əli Hüseynli gündəliyə 3 məsələnin – “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqında” qanun layihələrinin birinci oxunuşda daxil edildiyini söyləyib.
Əli Hüseynli birinci məsələnin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi olduğunu və sənədin müzakirəsində ekspertlərin iştirak etdiyini bildirib.
Sonra komitənin üzvü Kamal Cəfərov qanun layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə, tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir