Hökumət yeni sənəd hazırlayır, dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək

0

Hökumət yeni sənəd hazırlayır, dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir: “Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir. Hətta Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı həmin sənədin hazırlanmasında təcrübəli şəxslərin fikirlərinin öyrənilməsinə diqqət çəkmişdi. Yəqin ki, sənəd hazırlanır və lazımi mərhələdə komitə üzvləri də dəvət olunacaq. Hesab edirəm ki, bu işlər dərmanların Azərbaycana gətirilməsini sadələşdirəcək və bundan sonra qiymətlərin də aşağı düşməsi mümkün ola bilər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir