Hicran Hüseynova TBMM Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb

0

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Türkiyə Respublikasının Antalya şəhərində “Qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən konfransda iştirak edib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən konfrans çərçivəsində “Qərarvermə mexanizmlərində qadınların iştirakı”, “Qadınların gücləndirilməsində və qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsində təhsilin rolu”, “İş-həyat balansı və ailəyə uyğun siyasət və təcrübələr”, “İctimai və özəl sektorda  qadınlar və kişilər üçün bərabər imkanların əldə edilməsində imkanlar və çətinliklər” və “Mediada  qadın hüquqlarının və uğurlu  hekayələrin təşviq edilməsi” mövzularında panel müzakirələr keçirilib. Panellərdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv ölkələrinin müvafiq komitələrindən parlamentarilər və digər ekspertlər üzv dövlətlərdə qadın və kişilər üçün bərabər imkanların  təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransın açılışında çıxış edib, Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və konfrans iştirakçılarına Azərbaycan tərəfinin mesajlarını çatdırıb. O, panellərin işinə qatılaraq müzakirə olunan mövzularla bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasəti, formalaşmış qanunvericilik bazası, əldə olunan nailiyyətlər və qarşıda dayanan  vəzifələr haqqında ətraflı məlumat verib. 

Toplantı çərçivəsində Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın iştirakı ilə Milli Məclisin komitə sədri Hicran Hüseynova  və TBMM komissiya sədri Çiğdem Erdoğan Atabek tərəfindən “Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi və Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir