Hicran Hüseynova: “İdarəetmədə qadınların iştirakının artması müşahidə olunur”

0

“Aparılan təhlillər göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamika var. Əvvəlki illərə nisbətən idarəetmə və qərar qəbul etmədə qadınların iştirakçılığının artması müşahidə olunur”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, inzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən qadınların sayı artır: “Lakin bununla yanaşı, təqdim olunan məlumatdan da göründüyü kimi, dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində, elm, səhiyyə və sosial müdafiə sahəsində, həmçinin Dövlət Statistika Komitəsi və Əqli Mülkiyyət Agentliyində qadınların üstünlüyü müşahidə edilir. Bununla belə, məhkəmə, hüquq-mühafizə və diplomatik orqanlarda, iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı, energetika, ekologiya sahəsində hələ də gender fərqi nəzərə çarpır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir