Hicran Hüseynova: “Erkən nikahların qarşısını almaq üçün nəzarət gücləndirilməlidir”
“Təəssüf ki, bu gün Azərbaycanda hələ də erkən nikah halları var. Bu məsələyə nəzarət funksiyaları gücləndirilməlidir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatının müzakirəsində deyib.
O vurğulayıb ki, ölkədə həmçinin, ailələrdə körpələrlə bağlı cinsi ayrı-seçkilik mövcuddur: “Bu və digər gender əsaslı hallar məişət zorakılığı cinayətinə səbəb olur. Bununda ağır fəsadlarını görürük”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09