Haaqada Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq
Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Vüqar Bayramov Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Cənubi Qafqaz və Avropa İttifaqı – çağırışların həlli, imkanların istifadəsi” adlı konfransın işində iştirak etmək üçün Niderland Krallığının paytaxtı Haaqa şəhərində səfərdədir.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İyulun 5-də Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələri, ekspertləri bir araya gətirəcək beynəlxalq konfransın gündəliyinə uyğun olaraq, tədbirdə Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında münasibətlərin perspektivləri, bölgədə davamlı sülhün dəstəklənməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzulara dair müzakirələr aparılacaq, məruzələr dinləniləcək. Konfransda deputat Vüqar Bayramovun çıxışı gözlənilir.
Səfər iyulun 6-da başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI