Gənclər və idman komitəsinin iclasında

0

Oktyabrın 3-də Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclası açan komitə sədri Şahin İsmayılov diqqətə çatdırıb ki, iclasın gündəliyinə Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi və “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Şahin İsmayılov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, komitənin qarşıdakı sessiya üçün iş planında büdcə zərfinin və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir