Gələn il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib
Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
“Turanın səsi” in xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.