Fazil Mustafaya yeni vəzifə həvalə olundu
Milli Məclisin deputatı Fazil Mustafa Mədəniyyət komitəsinin sədri vəzifəsini icra edir.
“Turanın səsi ” xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa jurnalistlərə açıqlamasında bildirib.
“Mədəniyyət komitəsi bizim əsas nizamnamədə nəzərdə tutulub. Komitənin sədri olmayanda onu müavin əvəz edir. Artıq bu funksiya müavin kimi mənə həvalə olunub”, – Fazil Mustafa qeyd edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu ilin sentyabrın 28-də vəfat edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI