Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Mayın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Musa Quliyev gündəlikdə bir məsələnin – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.
Komitə sədri bildirib ki, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm məsələlərdən biri tibb mütəxəssislərinin sertifikasiyaya cəlb olunmasıdır. Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə uyğun olaraq respublikamızda səhiyyə işçilərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiya prosesi həyata keçirilir. Bu prosesin əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsinin təmin edilməsidir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI