Əmək və sosial siyasət komitəsinin iclasında

Oktyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
İclası açan komitə sədri Musa Quliyev gündəliyə 1 məsələnin – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinin daxil edildiyini bildirib.
Qanun layihəsi barədə danışan komitə sədri deyib ki, sənəd istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə əmək qabiliyyətinin itirilməsi hallarının daha dəqiq müəyyən olunması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Layihə sığorta olunan şəxslərin əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair yeni qaydaların tətbiqini təmin etməklə bu sahədə vahid, şəffaf və müasir tələblərə uyğun mexanizmin formalaşdırılmasına xidmət edəcək.

Arzu Paşaqızı