Əmək və sosial siyasət komitəsinin iclasında
Dekabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə 7 məsələnin – bir sıra qanunlara dəyişikliklərin edilməsi barədə və büdcə zərfinə daxil olan qanun layihələrinin daxil edildiyini bildirib.
Əvvəlcə, komitə sədri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklər “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinə uyğunlaşdırma məqsədi daşıyır.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI