Əmək və sosial siyasət komitəsinin iclasında
Oktyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Musa Quliyev gündəliyə ikinci oxunuşda “Turizm haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin daxil edildiyini diqqətə çatdırıb. Bildirilib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər ölkəmizdə mövcud olan və gələcəkdə istifadəyə veriləcək turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növlərini müəyyənləşdirməklə yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaradacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI