Elm və təhsil komitəsinin iclasında

Martın 5-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitə sədri Anar İsgəndərov iclası açaraq gündəliyə Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini söyləyib.


Komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin peşə yararlılığının attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsi ilə qiymətləndirilməsi nəzərdə tutulub. Anar İsgəndərov layihə barədə məlumat vermək üçün Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.

Arzu Paşaqızı